Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:46

Mayın 22-də saxlanan gənclərdən ikisi buraxılıb


Mayın 22-də saxlanan gənclərdən ikisi artıq sərbəst buraxılıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Cəmil Hacıyev və Ağasif İbrahimova verilən 7 sutkalıq həbs müddəti artıq başa çatıb: “Qalan iki nəfər Orxan Çərkiyev və Emil Fərhadinin də həbs müddəti mayın 30-da başa çatır.

Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin üzvləri olan bu gənclər yaşıdlarının həbsinə etiraz olaraq mayın 22-də Dənizkənarı Bulvarda etiraz aksiyası keçirmişdilər.

Əshabəli Mustafayev deyir ki, mayın 31-də gənclərin saxlanmasından verilən appelyasiyaya baxılacaq.

Vəkilin sözlərinə görə, onlar həm də gənclərə fiziki xəsarət yetirilməsindən və qüyri-insani rəftar göstərilməsindən də şikayətçidirlər: “Mediada onlara fiziki zor işlədilməsi əks olunan video kadrlar da var. Mən onları da məhkəmə zamanı təqdim edəcəm”.

Gənclərə fiziki zorakılıq olması iddiasını əsassız sayan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirmişdi ki, polis bölməsində vətəndaşlara fiziki zorakılıq yolverilməzdir və mümkün deyil: “Kiminsə şikayəti varsa, aidiyyəti qurumlara müraciət etsinlər”.
XS
SM
MD
LG