Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:38

Burcanadze mitinq dağıdılarkan daha 2 nəfərin öldürüldüyünü deyir


Mayın 26-da Tbilisidə keçirilmiş mitinq zamanı saxlanmış müxalifət fəallarını amansızcasına döyürlər.

Bunu Russia Today televiziyasına müsahibəsində müxalifət liderlərindən biri, keçmiş xarici işlər naziri Nino Burcanadze deyib.

Onun sözlərinə görə, bazar günü həmin mitinq zamanı daha 2 aksiyaçının öldüyü bəlli olub.

Cümə axşamına keçən gecə Tbilisidə mitinq dağıdılarkən 2 nəfər ölüb, xeyli adam yaralanıb, onlarla aksiyaçı isə saxlanıb.

Müxalifət prezident Mixeil Saakaşvilinin istefasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG