Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:22

Yəməndə qarşı-qarşıya durmuş qüvvələr Paytaxtı tərk etməlidirlər


Yəməndə prezident Ali Abdullah Salehin tərəfdarlarıyla qəbilə lideri Sadig al Ahmarın qüvvələri bu gün paytaxt Sananı tərk etməlidirlər.

Belə bir razılaşma şənbə günü əldə olunub.

Son həftə ərzində tərəflər arasında baş vermiş toqquşmalarda 100-dən çox adam ölüb, minlərlə adam ev-eşiyini tərk etməli olub.

Yəməndə vətəndaş müharibəsi təhlükəsi yaranıb.

33 ildir ki, hakimiyyətdə olan prezident Ali Abdullah Saleh artıq 3-cü dəfədir ki, hakimiyyətin dinc yolla ötürülməsilə bağlı planı imzalamaqdan imtina edib.

Bu planı Fars körfəzi ölkələri şurası hazırlayıb.

Yanvardan Yəməndə prezidentin istefası tələbilə kütləvi nümayişlər keçirilir.
XS
SM
MD
LG