Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:18

«Əmrahbank» «İmarət kuboku» turnirinin qalibi oldu


«Əmrahbank» Qarabağ Azadlıq Təşkilatına (QAT) 8-6 hesabı ilə qalib gəlib

«Əmrahbank» Qarabağ Azadlıq Təşkilatına (QAT) 8-6 hesabı ilə qalib gəlib

«Qarabağ» futbolunun 60 illiyinə həsr olunmuş «İmarət kuboku» turnirinin qalibi «Əmrahbank» oldu.

Mayın 28-də keçirilən final matçında «Əmrahbank» Qarabağ Azadlıq Təşkilatına (QAT) 8-6 hesabı ilə qalib gəlib. Qaliblərə kuboku «Qarabağ»ın kapitanı Aslan Kərimov təqdim edib.

Mayın 14-də start götürən turnirdə «Premyerliqa.az» saytı, «İmarət» fan-klubu, «Futbol +» qəzeti, «Sector 11» fan-klubu, «Əmrahbank», BAGT-nın «Təbriz», QAT, «Bozqurd», «Çempion» qəzeti komandaları 2 qrupda mübarizə aparıblar. Oyunlar START idman kompleksinin futbol meydançasında keçirilib.

«Qarabağ» futbolunun 60 illiyinə həsr olunmuş bu turniri «Əmrahbank»ın maliyyə dəstəyi ilə «İmarət» fan-klubu təşkil edib.

Qaliblərə həmçinin, «Qarabağ»ın 20 illiyinə həsr olunmuş kitab və «Qarabağ» futbol komandasının formaları hədiyyə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG