Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:04

Bəxtiyar Vahabzadə. Dünyaya gəlməmiş


Yolum dar dalana dirənib artıq,
Sağ-solum dağ-dərə, qarşım qaranlıq.
Çaşmışam, ağlım da çatmır dadıma,
Özüm hay verirəm öz fəryadıma.
Düşdüyüm dalanın yoxmudur sonu?
Dünyaya gəlməmiş hardan biləydim
Dünyanın bu qədər puç olduğunu?

Günün bütün mövzuları

XS
SM
MD
LG