Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:55

Misir Qəzzəylə sərhəddi açıb


Misir şənbə günü Qəzzəylə sərhəddi açıb.

Bu gün Qəzzə sakinlərini aparan ilk avtobus Rafah məntəqəsindən sərhəddi keçib.
Misir bundan əvvəl Qəzzə bölməsindən blokadanın götürüləcəyini bəyan eləmişdi.

Qəzzə Həmas qrupunun nəzarətinə keçdikdən sonra Misir 2007-ci ildə sərhəddi bağlamışdı.

İsrail yaraqlıların bu sərhəd məntəqəsindən Qəzzəyə silah və sursat keçirməsindən ehtiyat edirdi.

Misir Yaxın Şərqdə İsrailin yaxın müttəfiqi olduğundan son illər sərhəddi yalnız ərzaq və tibbi ləvazimatların daşınması üçün açırdı.

Amma keçmiş prezident Hosni Mubarak devrildikdən sonra hakimiyyətə gəlmiş yeni rəhbərlik Qəzzənin blokadasını məqsədəuyğun saymır.
XS
SM
MD
LG