Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:43

İlham Əliyevin AXC haqda dedikləri, Milli Məclisdə dəqiqə söhbəti və...


Mətbuat icmalı
Mətbuat icmalı
AZƏRBAYCAN QANSIZ-GÜLSÜZ İNQİLAB ASTANASINDA

«Yeni Müsavat» qəzeti yazır ki, Azərbaycanı böyük dəyişikliklər gözləyir.

Məqalədə deyilir ki, «Köhnə qvardiya» üzvlərinə yaş senzinin tətbiqi, jurnalistin həbsdən buraxılması mülayim siyasi kursa və böyük islahatlara eyham kimi anlaşılır:

«Bunun ən aydın əlamətlərindən biri prezident İ. Əliyevin srağagün imzaladığı əfv fərmanıdır. Söz yox, dövlət başçısı vaxtaşırı, yəni ildə azı iki-üç belə fərman imzalayardı. Amma onun son 4 ildə hakimiyyətin nəinki təkcə ölkə daxilində, yerli ictimai rəydə, hətta Qərblə münasibətlər müstəvisində də ən böyük problemlərindən birinə çevrilmiş məhbus jurnalisti əfv etməsi artıq yeni siyasi xəttin müjdəçisi sayıla bilər».

«BÜDCƏ LAYİHƏLƏRİ SƏSSİZ-SƏMİRSİZ QƏBUL EDİLDİ,

kimin əlavə sualı varsa, yazılı şəkildə nazirliyə təqdim edə bilər», - deyə «Ayna» qəzeti yazır.

«Adətən parlamentdə büdcə ilə bağlı müzakirələr digər qanun layihələrinə nisbətən daha qızğın keçir, parlament iclasında əsl diskussiya müşahidə olunur. Bu dəfə isə deputatlar yalnız «vaxt» məsələsi ilə bağlı səslərini çıxardılar. Bəziləri çıxışa 10 dəqiqə vaxt tələb etsələr də, spiker Oqtay Əsədov başda olmaqla bəzi deputatlar 5 dəqiqənin kifayət edəcəyini deyirdilər...

Nəticədə deputatlar cəmi 3 dəqiqəyə sözlərini yekunlaşdırmalı oldular. Bu vaxta ən çox narazılıq bildirən Elmira Axundova oldu. Deputatın sakitləşmədiyini görən Oqtay Əsədov vaxtilə Pənah Hüseynə dediyi sözləri indi ona ünvanladı: «Bəsdir də, yerinizdən danışmaq adətini tərgidin. Birinci dəfə deyil ki, belə edirsiniz».

İ. ƏLİYEV: «MÜSTƏQİL AZƏRBAYCAN ADR-İN VARİSİDİR»

«Azərbaycan» qəzeti 28 May - Respublika Günü münasibətilə prezident İlham Əliyevin rəsmi qəbulda iştirakından yazır. Tədbirdə çıxış edən prezident deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi:

«Həm bizim xalqımız üçün, həm dünya miqyasında bu hadisənin çox böyük tarixi əhəmiyyəti var idi. Xalqımız üçün əhəmiyyəti ondan ibarət idi ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı müstəqilliyə qovuşmuş, müstəqil dövlətini qurmuşdu. Dünya miqyasında əhəmiyyəti ondan ibarət idi ki, dünya tarixində ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaradılmışdı.

Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl Bakının mərkəzində Azərbaycan Demokratik Respublikasının şərəfinə abidə ucaldılmışdır. Bugünkü müstəqil Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG