Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:54

Hillari Klinton Azərbaycan xalqını təbrik edib


ABŞ Dövlət katibi Hillari Klinton (Hillary Clinton) Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.

Dövlət Departamentinin yaydığı məlumatda deyilir ki, «28 mayda Respublika Gününü qeyd edən Azərbaycan xalqını Prezident Obama və ABŞ xalqı adından təbrik etməkdən məmnunluq duyuram. Bu, zəngin mədəniyyətinizə və tarixinizə hörmət ifadə etmək və 20 il öncə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qazandığı mühüm nailiyyətləri qeyd etmək üçün xüsusi bir imkandır».

H. Klinton ötən il Bakıya səfərinə toxunaraq, Azərbaycanın dinamikası və potensialından, Azərbaycan xalqının gücündən təsirləndiyini bildirib:

«ABŞ və Azərbaycan qarşılıqlı maraqlara və hörmətə əsaslanan güclü münasibətlərə malikdirlər. Biz bir sıra qlobal çağırışların öhdəsindən gəlmək və fürsətlərdən yararlanmaq üçün əməkdaşlıq edirik. Biz regional təhlükəsizliyi və sabitliyi dəstəkləmək, enerji təhlükəsizliyini genişləndirmək və daha da böyük iqtisadi və siyasi islahatları təşviq etmək istiqamətində çalışırıq. ABŞ ölkələrimiz arasındakı tərəfdaşlığın gücləndirilməsi işinə sadiq olaraq qalır».

Günün bütün mövzuları

XS
SM
MD
LG