Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:35

Jurnalistin şikayəti təmin edilmədi


Mayın 27-də Səbail rayon Məhkəməsi «Bizim Yol» qəzetinin əməkdaşı Ramid İbrahimovun Səbail rayon Polis İdarəsinin 9 saylı Polis bölməsinin təhqiqatçısı Fazil Mahmudova qarşı şikayətinə baxıb.

Hakim Fuad Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə cavabdeh tərəf iştirak etməyib. Ramid İbrahimov buna etiraz etsə də, hakim cavabdeh tərəfin iştirakı olmadan məhkəmənin keçirilməsinin mümkün olduğunu bildirib.

Ramid İbrahimov deyir ki. «Mur-Ay» tikinti şirkəti tərəfindən aldananlar fevralın 12-də etiraz aksiyası keçirən zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən döyülüb. O, Səbail rayon Polis İdarəsinin 9 saylı Polis bölməsinin təhqiqatçısı Fazil Mahmudova qarşı cinayət işinin açılmasını xahiş edirdi.

Məhkəmə jurnalistin şikayətinin təmin edilməməsi haqda qərar çıxarıb.

Ramid İbrahimov apellyasiya şikayəti verəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG