Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:00

Suriyada 5 etirazçı öldürülüb


Suriyada təhlükəslizlik qüvvələri bir neçə şəhərdə etirazçılara atəş açıb, azı 5 nəfər həlak olub.

Mayın 27-də Dəməşqin ətraf qəsəbələri, Hələb və Deir Ezzor şəhərləri yaxınlığında minlərlə adam prezidentin istefası tələbiylə küçələrə çıxıb. Polis onları dəyənəklərdən istifadə eləmək və havaya atəş açmaqla dağıdıb. İnsan haqları təşkilatları gün boyu ölkədə azı 5 etirazçının öldürüldüyünü bildirirlər.

ABŞ prezidenti Barack Obamanın ardınca, bu gün Fransa prezidenti Nicolas Sarkozi də Suriya prezidenti Bashar al Asadi ya demokratik islahatlar aparmağa, ya da istefa verməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG