Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:20

Məhkəmə Mladicin ekstradisiyasıyla bağlı qərar verdi


Belqrad məhkəməsi qərar verib ki, Ratko Mladicin sağlamlığı onun Haaqaya aparılmasına və Beynəlxalq tribunal qarşısında cavab verməsinə imkan verir.

15 ildir axtarışda olan 69 yaşlı general mayın 26-da Serbiyada həbs olunub. O, 1992-95-ci illərdə Bosniya müharibəsi zamanı kütləvi qətllərdə ittiham olunur.

Həbs olunandan sonrakı dindirmə zamanı Mladicin vəkilləri səhhətinin pisləşməsini əsas gətirib onun ekstradisiyaslına qarşı çıxmışdılar.
XS
SM
MD
LG