Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:29
Bir qrup tanınmış ictimai xadim prezidentə müraciət edərək «Eurovision 2012» müsabiqəsini Bakıda siyasi məhbuslar olamdan keçirməyə çağırıblar. Həmin müraciətin müəlliflərindən olan politoloq Hikmət Hacızadə və hüquq müdafiəçisi Leyla Yunus prezidentə ünvanladıqları eyniadlı müraciət barədə danışırlar

Hikmət Hacızadə:

«Dünya indi elə qurulub ki, hər şeyin hər şeyə dəxli var. Siyasətlə məişət, musiqi, sənət hamısı birləşib. «Eurovision» musiqi müsabiqəsi deyil. Bu, siyasət, siyasi simpatiyalar konkursudur. Onun ən şirin yeri də səsvermədir. Bu, özfəaliyyət ansambllarının müsabiqəsidir. Yüksək səviyyəli musiqiçilər ora gəlmir. İnsanları kimin kimə səs verməsi daha çox maraqlandırır. Buna çoxsaylı insan baxır, müsabiqəni, iştirakçıları və ölkəni müzakirə edirlər, jurnalistlər isə bunlar haqda yazır. Azərbaycan haqqında belə hərtərəfli yazacaqlar. Biz dünyadan təcrid olunmuş bir ada deyilik və ya ola bilmərik. Biz dünya, inkişaf etmiş Avropa ilə bir yerdə olmalıyıq. Oradan gələn inkişaf siqnalları, yaşayış üsulları, yeni ideyalar Azərbaycanı da bəhrələndirməlidir. Təcrid olunmuş ölkələr sönür, bataqlaşır. Biz qapalı cəmiyyət olsaq, uduzacağıq. Bizim düşmənlərimiz güclənəcək, torpaqlarımız da gedəcək...».

Leyla Yunus
Leyla Yunus:

«Artıq Azərbaycandakı insan hüquqlarına dair vəziyyət Avropa ölkələrində də, dünyada da müzakirə olunur. Əsas məsələ odur ki, Azərbaycan inkişaf etsin. Hamı deyir ki, indi Azərbaycanı tanıyırlar, indi hamı biləcək ki, Azərbaycan haradadır. Yaxşı olardı ki, Azərbaycanı inkişaf edən ölkə kimi tanısınlar. Bura gələn bu qədər qonaq görsə ki, demokratiya yoxdur, insan hüquqları tapdalanır, işgəncələrdən adamlar ölür, adamların əllərindən mülkiyyətləri alınır, onda əlbəttə ki, biz çox uduzacağıq. Bizim iqtidarımız uzaqgörən olsa və bütün bu səhvləri düzəltsə, yaxşı olacaq. Ancaq məndə o qədər optimizm yoxdur. Amma çoxları ürəkdən inanır ki, bizim iqtidarımız uzaqgörəndir və «Eurovision» keçiriləndə görəcəklər ki, Azərbaycan inkişaf etmiş ölkədir...».

Verilişi tam olaraq buradan dinləyin:


HƏMÇİNİN OXU:

Ell&Nikki qələbə sevincini jurnalistlərlə bölüşürlər
Qərb mətbuatı Azərbaycanın “Eurovision”dakı qələbəsi haqda
«Eurovision» qalibləri Bakıya döndülər
Bakı Eurovisiona hazırdmı?
İmic məsələsində bədxərclik
Eldar Qasımov:«Bu tək bizim yox, hamımızın qalibiyyətidir»

Şərhləri göstər

XS
SM
MD
LG