Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:39

Həbs olunmuş General Ratko Mladicin səhhətində problemlər yaranıb


Bu gün həkimlər həbs olunmuş keçmiş serb ordusunun komandanı Ratko Mladicin dindirilməsi üçün səhhətinin imkan verib-verməyəcəyinə qərar verəcəklər. 15 ildir axtarışda olan 69 yaşlı general mayın 26-da, Serbiyanın şimalında yerləşən kənddə həbs olunub. O, 1992-95-ci illərdə Bosniya müharibəsi dövründə kütləvi qətllərdə, o cümlədən 8 min müsəlman kişi və oğlanın öldürülməsinə göstəriş verməkdə ittiham olunur.

Mayın 26-da Mladicin Belqradda nəzərdə tutulan dindirilməsi onun səhhətinin zəifləməsi üzündən təxirə salınıb. Mladicin vəkili Milos Slijc deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin fiziki durumu qənaətbəxş deyil:

"Məhkəmə-istintaqçısı Ratko Mladici dindirməyə cəh edib, amma mümkün olmayıb. Çünki onun vəziiyyəti ciddidir və müstəntiq də dindirməni dayandırdı. Həkimlər onu yoxlayacaqlar və onun vəziyyətini müəyyən edəcəklər ki, dindirilə bilər, ya yox".

Onun həbsi Serbiyanın Avropa Birliyinə üzv olmasını sürətləndirə bilər.
XS
SM
MD
LG