Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58

2012-ci tədris ili üçün ali məktəblərə qəbul planı açıqlanıb


Bu il ali məktəblərə 31 min 519 plan yeri ayrılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-2012-ci tədris ili üçün ali məktəblərə qəbul planını açıqlayıb.

Bu il ali məktəblərə 31 min 519 plan yeri ayrılıb. Onlardan 9848 yer I, 8988 yer II, 8839 III, 3844 yer isə IV ixtisas qrupu üzrə nəzərdə tutulub.

Bu il ali məktəblərdə dövlət sifarişli yerlərin sayı 10 min 616-dır. Onlardan 4136 yer I, 2345 yer II, 2642 yer III, 1493 yer isə IV qrupu üzrə nəzərdə tutulub.

Dövlət ali məktəblərinə bu il 26 min 484 plan yeri ayrılıb. Onlardan 9 min 127 yer I, 6586 yer II, 7136 III, 3635 yer isə IV ixtisas qrupuna aiddir.

Özəl ali məktəblərə isə bu il 5 min 35 yer ayrılıb. I ixtisas qrupu üzrə 721, II qrup üzrə 2402 , III ixtisas qrupu üzrə 1703, IV ixtisas qrupu üzrə isə 209 şəxs özəl ali məktəblərə daxil ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG