Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:00

Yəmənin paytaxtında azı 28 adam öldürülüb


Cümə axşamı Yəmənin paytaxtı Sanada hökumət qoşunlarıyla prezident Ali Abdullah Salehin istefasını tələb edən yerli qəbilə birləşmələri arasında baş vermiş toqquşmalarda azı 28 adam ölüb.

Rəsmi məlumata görə, sursant anbarında partlayış baş verib.

Müxalifət isə hökumət qoşunlarının qəbilə lideri Sadiq al Ahmarın tərəfdarlarının olduğu binanı atəşə tutduqlarını deyir.

Bazar ertəsindən bu yana baş verən toqquşmalarda 110-a yaxın adam ölüb.

ABŞ dövlət katibi Hillari Clinton tərəfləri atəşi dayandırmağa çağırıb.
XS
SM
MD
LG