Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:26

“Catel”in nə vaxt fəaliyyətini bərpa edəcəyi bilinmir


Bunu Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib. Onun sözlərinə görə, texniki problemlər səbəbindən “Catel”in fəaliyyətini nə vaxt bərpa edəcəyi məlum deyil.

İltimas Məmmədov yaranmış texniki problem haqda ətraflı məlumatının olmadığını bildirdi.

“Mövcud olan problemlərə baxmayaraq, 20 min nömrə işləyir. Əsas problem mobil xidmətlərin göstərilməsidir. Problemin tez bir zamanda aradan qaldırılması istiqamətində həm Nazirlik, həm “Catel”, həm də digər operatorlarının mütəxəssisləri iştirakı ilə mütəmadi müzakirə olunur”.

“Catel”in fəaliyyətin mart ayının əvvəlində problem yaranıb. Şirkət və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaranmış problemi texniki səbəblərlə izah edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində «Catel» şirkətinin fəaliyyətində yaranan nasazlığın uzun müddətdir həll edilmədiyindən Nazirlik şirkətin abonentlərinin bölüşdürülməsi istiqamətində komissiya yaradılıb. Komissiyada «Catel» şirkətinin stasionar xidmətlərinin Bakı Rabitə Telefon İctimai Birliyinə, mobil xidmətin isə Azərfon Şirkətinə verilməsi istiqamətində müzakirələr aparılır.
XS
SM
MD
LG