Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:14

Rolan Kobia: «Avropa İttifaqı çox təklif edib, çox da tələb edəcək»


Rolan Kobia
Rolan Kobia
«Yeni Avropa Qonşuluq Siyasəti çox təklif edib, çox da tələb edəcək».

Bunu mayın 26-da Bakıda keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia deyib.

Mayın 25-də Avropa Birliyi yeni Avropa Qonşuluq Siyasəti proqramını açıqlayıb. Bu proqramda ölkələrdən azad seçki, sərbəst toplaşma, azad mətbuat və idarəetmədə irəliləyiş istənilir.

«Biz Avropa Qonşuluq Siyasəti proqramında iştirak edən ölkələrdə siyasətimizi tərəqqiyə uyğun olaraq müəyyənləşdiriləcəyik. Ölkə nə qədər çox demokratik dəyərlərə cavab verəcəksə, Avropa İttifaqından o qədər çox maliyyə və siyasi dəstək alacaq», - deyə R. Kobia bildirib.

AVROPA BİRLİYİNİN «ÇOXA-ÇOX, AZA-AZ» PRİNSİPİ

Səfir deyib ki, bu proqram «çoxa çox, aza az» prinsipi ilə həyata keçiriləcək. Bu o deməkdir ki, Avropa Birliyi yardımları istədiyi vaxt çoxalda, azalda və ya tamamilə dayandıra bilər.

Yeni Qonşuluq Siyasəti çərçivəsində ayrılacaq yardım 1.2 milyarddan artıq olacaq.

Avropa Qonşuluq Siyasəti 2004-cü ildən həyata keçirilir. Proqrama Azərbaycanla yanaşı, 16 ölkə daxildir.

«AZƏRBAYCANI LİVİYA, YAXUD TUNİSLƏ MÜQAYİSƏ ETMƏK OLMAZ»

«Yaxın Şərqdə baş verən hadisələr fonunda Avropa İttifaqı Azərbaycanda demokratiyanın inkişafında tərəqqiyə nail olmaq üçün hansı dəstəyi verə bilər» sualını cavablandıran R. Kobia müqayisəni yanlış adlandırıb:

«Azərbaycanı Liviya, yaxud Tunislə müqayisə etmək olmaz. Hər bir ölkənin öz xüsusiyyətləri var. Avropa İttifaqı və beynəlxalq birlik Yaxın Şərqdə baş verənlərdən öz dərsini alıb. Azərbaycan da baş verənlərdən müəyyən nəticələr çıxarıb. Bunu ölkədə korrupsiyaya qarşı tədbirlərə əsasən söyləmək olar. Biz bu tədbirləri dəstəkləyirik».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG