Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:18

Siyasi partiyalar arasında minifutbol turniri keçiriləcək


Mayın 28-də gənclər arasında Respublika gününə həsr olunmuş mini futbol turniri keçiriləcək.

Bu barədə Vətəndaş Həmrəyliyi Partiyasından AzadlıqRadiosuna verilən məlumatda deyilir.

Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının və «NİDA» Vətəndaş Hərəkatının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 93-cü ildönümünə həsr olunan «Gənclərin Cümhuriyyət Kuboku» mini futbol turniri keçiriləcək.

Turnirdə VHP, KXCP, AXCP, Ümid, Müsavat, ADP, BQP, VİP, AMDEP-nin gənclər təşkilatları, QAT, «N!DA», «Dalğa», «Azad gənclik», «Milli fikir» və «Güvənc Körpüsü» qurumlarının komandaları yarışacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG