Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:57

İyunun 6-da 65 minlik stadionun təməli qoyulacaq


65 minlik stadion Böyük Şor qəsəbəsində tikiləcək

65 minlik stadion Böyük Şor qəsəbəsində tikiləcək

Azərbaycanda ən böyük stadionun təməlqoyma mərasimi iyunun 6-da keçiriləcək.

65 minlik stadion Böyük Şor qəsəbəsində, metronun «Məşədi Əzizbəyov» stansiyası yaxınlığında tikiləcək.

Bu barədə «APA»ya AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

«İyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçiriləcək. Bunlardan biri həmin stadionun təməlqoyma mərasimidir. FIFA prezidenti Yozef Blatterlə UEFA prezidenti Mişel Platini futbolumuzun 100 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələcəklər. Onların stadionun təməlqoymasında iştirakı nəzərdə tutulub. Bundan əlavə, iyunun 6-da AFFA-nın Mərdəkan qəsəbəsində inşa etdirdiyi, 6 minlik tutumu olan «Dalğa» stadionunun açılışı olacaq. Yubiley tədbiri axşam «Buta Palace»da keçiriləcək tədbirlə yekunlaşacaq».

AFFA keçirəcəyi 100 illik tədbirə bir sıra xarici qonaqları da dəvət edib. UEFA üzvü olan 40-a yaxın federasiya dəvəti qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG