Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Ramiz Mehdiyevin məqaləsi, ətir biznesi, oliqarxların 5 milyard borcu və...


Mətbuat icmalı

Mətbuat icmalı

«Azərbaycan»«Yeni Azərbaycan» qəzetlərində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «MÜASİR AZƏRBAYCAN MİLLİ İDEYANIN TƏCƏSSÜMÜ KİMİ» başlıqlı bir neçə səhifəlik məqaləsi dərc olunub. Yazıda Azərbaycanın müstəqilliyini yenidən qazanmasından, keçdiyi inkişaf və demokratiya yolundan söz açılır.

«Bir neçə il bundan əvvəl ABŞ Prezidenti C.Buş (oğul) «hər yerdə demokratiya» anlayışını adi danışıq dilinə daxil etməyə cəhd göstərmişdi. Lakin ətrafa nəzər saldıqda, geosiyasi maraqlar naminə geo-iqtisadi demarşları təhlil etdikdə, istər-istəməz bu qənaətə gəlirsən ki, «hər yerdə mövcud olan demokratiya», çox ehtimal ki, utopiyadır. Hərbi qüvvə vasitəsilə devrilmiş və müdaxilələrə, «demokratikləşməyə» məruz qalmış məkanlar təkcə milli suverenliyin itirilməsi, qlobal inteqrasiya prosesləri ilə əlaqədar sərhədlərin silinməsi təhlükəsi ilə üzləşmir, həm də ehtimal edilən rəqabət mübarizəsindən xeyli dərəcədə kənarda qalır, yanacaq-energetika sahəsi, strateji kommunikasiyalar üzərində nəzarəti itirir. Belə məkanlarda innovasiya və texnologiyalar yalnız «strateji tərəfdaşlıq» çərçivəsində satın alınan məhsul kimi mümkündür», - deyə yazıda qeyd olunur.

«Azadlıq» qəzeti «İYLƏNMİŞ ƏTİR BİZNESİ»ndən yazır. Qəzet «Azərbaycanda ətir biznesi kimin əlindədir?» deyə sual edir.

«Rəsmi statistikaya görə, Azərbaycanda kosmetika və ətriyyatın illik satışı adambaşına 15 manat təşkil edir. Sən demə, bütün gəlirli sahələr kimi parfüm biznesi də inhisarçıların əlində imiş. «Pulumu cibimə qoyub xaricdən parfümeriya gətirəcəyəm» deyə fikirləşməyin».

«Bizim Yol» qəzeti yazır ki, «OLİQARXLARIN 5 MİLYARD BORCU VAR».

Qəzet yazır ki, bir sıra dövlət qurumlarının, iri şirkətlərin dövlət büdcəsinə vergi borcu 5 milyard manatı keçib:

«2009-cu ildə bu rəqəm 4 milyard manat idisə, son bir il yarımda rəqəm 1 milyard artıb. İri vergi ödəyiciləri olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Neft Şirkəti, «Azərenerji», «AzAL» Hava Yolları, «Azərsu», Xəzər Dəniz Gəmiçilik İdarəsi, həmçinin oliqarxlara məxsus böyük şirkətlər büdcə qarşısında öhdəliklərini yerinə yetirmirlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG