Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

Azəriqazbank spam reklamlara şərait yaradır?


Arxiv şəkil
Arxiv şəkil
Dünyada elektron poçtlarla yayılan reklamlara görə ödənişləri nəğd pula çevirən bir neçə maliyyə qurumunun sırasında Azərbaycanda fəaliyyət göstərən Azəriqazbankın da adı çəkilir. Bu California Universitetinin araşdırmasında məlum olub.

Araşdırmanın nəticələri mayın 24-də Elektrik və Elektron mühəndislər İnstitutunun illik hesabatında elan edilib. Sənədə görə hazırda dünyada elektron poçtlara göndərilən məhsullara görə rekalm ödənişlərinin 95 faizini Aərbaycan, Danimarka və Hindistanda olan banklar həyata keçirirlər. Azərbaycanda da Azəriqazbankın adı çəkilir.

Araşdırmalara görə məsələn, cinsi istəyi artıran Viagra spam şirkəti vasitəsilə eyni anda 12.5 milyon adamın e-mailinə reklam göndərilir. Həmin reklamı görüb kompyuterin başında onu almaq istəyənlərin ən asan yolu kredit kartlardır. Amma əksər halda bu yolla məhsul alınmasına imkan verməsələr də adı çəkilən həmin üç ölkədəki banklar buna şərait yaradırlar. Əgər həmin banklar da buna imkan vermsəydilər, hər gün insanların e-maillərinə gələn spam reklamların sayı kəskin azalardı.

Bu məsələ barədə ətraflı araşdırmanı mayın 26-da AzadliqRadiosunun internet səhifəsində - azadliqradiosu.az saytında oxuya bilərsiniz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG