Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:22

Televiziya tarixinin ən uğurlu "talk-show"su dayandı


Oprah Winfrey show-nun ABŞ üzrə ilk yayımı
Oprah Winfrey show-nun ABŞ üzrə ilk yayımı
Amerika televiziyasında ən nüfuzlu qadın hesab olunan Oprah Winfrey çərşənbə günü - 25 ildən sonra özünün məşhur şousuna - “The Oprah Winfrey Show”ya yekun vurdu.

Bu veriliş televiziya tarixinin ən uğurlu talk-show-su sayılır.

57 yaşlı Oprah Winfrey diqqətini bu ilin yanvarında təsis etdiyi kabel televiziyasında cəmləyəcək. Bu kanalın adı OWN “Oprah Winfrey Network”dur.

EVLƏRİNDƏ TELEVİZOR YOX İDİ...

Oprah Winfrey kasıb ailədə anadan olub. Onu tək qalan anası böyüdüb.

Bu ailədə televizor olmayıb.

Ancaq Oprah Winfrey 19 yaşında Amerikanın ilk qaradərili xəbər aparıcısı oldu.

1984-cü ildə Çikaqo televiziyasında səhər şousuna başlayan Oprah Winfrey bu şounu iki ilə “Oprah Winfrey Show”ya çevirdi.

“Oprah Winfrey Show” Amerikada ən yüksək reytinqli gündüz talk- show-sudur.

Ona ABŞ-da orta hesabla 6 milyon 400 min adam baxır.

Dünyanın 150 ölkəsində isə bu şounun tamaşaçılarının neçə milyon olması dəqiq məlum deyil.

“Oprah Winfrey Show” 48 dəfə Emmy mükafatı alıb.

2 MİLYARDI KEÇƏN SƏRVƏT

Forbes jurnalına görə, hazırda Oprah Winfrey dünyanın 3-cü ən nüfuzlu qadınıdır.

“Oprah Winfrey Show” sayəsində Winfrey Amerikanın ən varlı adamları arasında 130-cu yerə çıxdı.

Onun var-dövləti hazırda 2 milyard 700 milyon dollardır.

Oprah Winfreyin başqa layihələri:

Onun yaratdığı Oprah Kitab Klubunun 2 milyon üzvü var.

O, Cənubi Afrikada qızlar üçün Oprah Winfrey Liderlik Akademiyası yaradıb.
Angel Network xeyriyyə şəbəkəsini də Oprah Winfrey təsis edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG