Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:26

Ceyms Bond haqda yeni kitabın qiyməti... 1500 dollardır


Mayın 26-da Britaniyada Ceyms Bondun yeni macəralarından bəhs edən kitab satışa çıxarılacaq.

Sky News xəbər verir ki, “Kart blanş” adlanan kitabın tirajı cəmi 500 nüsxədir, amma qiyməti 1000 funt-sterlinqdir (təxminən 1500 dollar).

Kitab kolleksiyaçılar üçündür və çox nəfis tərtibatda çap edilib.

Üz qabığı bahalı ağ dəridən olan kitab cilalanmış alüminium korpusa yerləşdirilib. Kitabın hər səhifəsi 9 mm-lik güllə ilə “deşilib”.

Supercasus haqda yeni kitabı Britaniyanın “Bentley” avtomobil şirkəti və Hodder & Stoughton nəşriyyatı çapa hazırlayıb.

Kitabın müəllifi isə Amerika yazıçısı Jeffery Deaver-dir.

O, Ceyms Bond obrazının yaradıcısı və onun haqda kitabların müəllifi olmuş Ian Fleming-in işini davam etdirəcək.

Deaver-lə müqaviləni Fleming-in ailəsinə məxsus “Ian Fleming Publications” şirkəti bağlayıb.

Fleming-in irsinin müəlliflik hüququ bu şirkətdədir.

Şirkətin nümayəndəsi deyib ki, Deaver “hər an partlaya bilən gərginlik yaratmağın ustasıdır”.

61 yaşlı Deaver indiyəcən 26 casus və macəra romanı yazıb.

O, Ceyms Bondu “yeni dövrə uyğunlaşdıracaq”. Yeni romandakı hadisələr Dubayda cərəyan edir.

Bond orada Britaniyanın düşmənləri ilə mübarizə aparır.

Jeffery Deaver

Bundan əvvəl Ceyms Bond haqda romanların davamını yazmaq yazıçı Sebastyan Folksa həvalə edilmişdi.

2008-ci ildə o, “Ian Fleming Publications”lə müqavilə əsasında belə bir roman yazmış və kitab bestseller olmuşdu.

Amma Folks kitabın yazılmasından həzz aldığını bildirsə də, ikinci kitabı yazmaq fikrində olmadığını demişdi.

Ceyms Bond haqda kitabların müəllifi Ian Fleming (1908-1964) 2-ci Dünya Müharibəsi zamanı Britaniya kəşfiyyatında çalışıb.

Zadəgan ailəsindən olan və heç bir maddi sıxıntı keçirməyən Fleming 44 yaşında bədii yaradıcılqla məşğul olmağa başlayır və 14 kitab, o cümlədən Bond haqda romanlar yazır.

Bond haqda çəkilmiş filmlər yazıçının ailəsinə milyonlarla dollar gəlir gətirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG