Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:06

«Unikal» qəzeti «Texnikabank»ı məhkəməyə verib


Bu barədə AzadlıqRadiosuna qəzetin baş redaktoru Asəf Rzayev məlumat verib.

Baş redaktorun deməsinə görə, belə bir addım atmalarına səbəb bankın qəzet haqqında Mətbuat Şurasına göndərdiyi müraciətdə onun və kollektivin təhqir olunmasıdır.

Baş redaktorun sözlərinə görə, bir müddət əvvəl «A.M.A.Y.» Ticarət Mərkəzi ilə «Texnikabank» ASC arasında yaranan problemlər barədə digər mətbu orqanlarda olduğu kimi «Unikal» qəzetində də məqalə dərc olunub.

Bundan sonra «Texnikabank» ın rəhbərliyi Mətbuat Şurasına məktub ünvanlayaraq qəzetlə bağlı bir sıra iddialar qaldırıb.

Baş redaktor deyir ki, Mətbuat Şurasından redaksiyaya göndərilən məktub araşdırılıb və məlum olub ki, bank rəhbərliyinin şikayət ərizəsində qəzetin baş redaktoruna və kollektivinə qarşı açıq təhqirlərə yol verilib.

Asəf Rzayevin deməsinə görə, məhz bundan sonra «Unikal» qəzeti «Texnikabank» ASC-ni məhkəməyə vermək qərarına gəlib.

Baş redaktor bankdan 1 manat təzminat tələb edir.

«Texnikabank»ın hüquq şöbəsindən isə qəzetin bankı məhkəməyə verməsindən xəbərsiz olduqlarının bildirdilər.

Mətbuat Şurasından AzadlıqRadiosuna verilən məlumata görə, bu məsələdən xəbərdardırlar və mayın 26-da Şurada tərəflərin iştirakı ilə bu məsələ müzakirə olunacaq.

Mətbuat Şurası «Unikal»ın «reket» qəzetlər siyahısında olması barədə məlumatları da təkzib edir.

«Unukal» bir il əvvəl fəaliyyətə başlayan gündəlik müstəqil qəzetdir.
XS
SM
MD
LG