Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:32

Daşqından zərərçəkənlərin məhkəməsi olub


Mayın 25-də Kür daşqınlarından zərərçəkən bir qrup Sabirabad və Saatlı sakinlərinin kompensasiya verilməsi tələbilə bağlı 1 saylı Bakı İnzibatı İqtisadi Məhkəməsində hazırlıq iclası keçirilib. Məhkəməyə müraciət edən zərərçəkənlər deyirlər ki, daşqınlardan bir il ötməsinə baxmayaraq onlara dəyən ziyan hələ ödənilməyib.

Cavabdeh tərəflər- Nazirlər Kabineti və Fövqaladı Hallar Nazirliyinin nümayəndələri prosesində iştirak etməyiblər.

Həm qarşı tərəfin prosesdə iştirak etmədiyi, həm əlavə məlumatlar toplamağın zəruriliyi, zərərçəkənlərin problemlərinin həlli istiqamətində Fövqaladə Hallar Nazirliyi ilə aparılan son müzakirələr nəzərə alaraq prosesin iyunun 29-a təyin olunması qərar alınıb.

Daşqınlardan zərərçəkən bir qrup Saatlı və Sabirabad rayon sakinləri onlara dəyən ziyanın ödənilməsi tələbi ilə 2010- cu ilin oktyabr ayında məhkəməyə müraciət edib. Daşqından zərərçəkənləri məhkəmədə «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı müdafiə edir.

HƏMÇİNİN OXU:

Daşqından bir il sonra
Daşqına görə 100 manatlıq kompensasiya
Sabirabad və Saatlıda gün hansı yandan çıxıb?

Günün bütün mövzuları

XS
SM
MD
LG