Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:15

Kraliça İİ Elizabeth: “ABŞ ən vacib müttəfiqimizdir”


ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri David Cameronun bu günkü görüşündə Əfqanıstandakı vəziyyəti, NATO-nun Liviyada hava əməliyyatları və Yaxın Şərqdəki proseslərin müzakirə ediləcəyi gözlənir.

Hər ikisinin danışıqlardan sonra mətbuat konfransı keçirəcəyi gözlənir.

Gün ərzində Obamanın parlamentdə çıxış edəcəyi nəzərdə tutulub. O, nitqində Avropa səfərinin məqsədlərindən danışaq və vurğulayacaq ki, ABŞ və Avropa qlobal təhlükəsizliyin müdafiəsində birgə rol oynamalıdır.

Bu gün Barak Obama və xanımı kraliça ikinci Elizabethlə nahar ediblər. Kraliça nitqində iki ölkə arasında yaxın əlaqələrə toxunub:

- Bu gün ABŞ ən vacib müttəfiqimiz kimi qalır. Və bizim iki xalqımız təhlükəsizliyə və bizim millətlərin tərəqqisinə, milli maraqları qorumaqla dünyaya öz töhfəsini verir.

Mayın 23-də Barak Obamanın Avropaya rəsmi səfəri başlayıb, Londondan o, Parisə gedəcək və Boyük Səkkizliyin liderləri ilə görüşəcək, ordan isə Polşaya gedəcək. Bununla da Barak Obama Avropa turnesini başa çatdıracaq.
XS
SM
MD
LG