Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:16

Pakistanda polis bölməsində partlayış olub


Pakistanda bu gün polis bölməsində partlayış olub. İntiharçı içərisində partlayıcı olan yük maşınını partladıb. Nəticədə azı 5 adam ölüb, 30 nəfər yaralanıb. Peşavar şəhərinin polis rəhbəri Ijaz Khan deyir ki, çaşında 200-250 kq-lıq partlayıcı maddə böyük partlayış törədib.

Pakistanın yüksək rütbəli məmuru Bəşir Əhməd deyib:
- Bu qəribədir ki, bəzi adamlar deyirlər bizim müharibəmiz deyil, başqalarınındır. Yalnız bir partiya və ya hökumət buna nəzarət edə bilməz. Bütün partiyalar və adamlar bu təhlükənin qarşısını almaq üçün birləşməlidirlər.

Partlayış olan ərazidə hərbiçilərin qaldığı yer bə ABŞ konsulluğu olub. Partlayış üç mərtəbəli binanı yerlə-yeksan edib.

Pakistan Talibanı deyib ki, döyüşçülər hücum əmrini yerinə yetiriblər. Onlar Əl-Qaidə lideri Osama bin-Ladenin intiqamını alacaqlarına söz veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG