Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:21

İsrailin baş naziri Netanyahu ABŞ konqresində Fələstinlə sülhdən danışıb


İsrailin baş naziri Benjamin Netanyahu ABŞ Konqresindı çıxışında deyib ki, onlar heç vaxt Fələstinlə münaqişədə sülh yolları axtarmaqdan imtina etmək istəməzdilər. Netanyahunun sözlərinə görə, İsrail sülhə nail olmaq üçün "agır güzəştlərə" də hazır olub. O deyib ki, İsrail ərazi məsələsində səxavətli ola bilər. Amma Netanyahu xəbərdarlıq edir ki, İsrail əvvəlki sərhədlərinə qayıtmayacaq.

- "Mən tarixi sülhə nail olmaq üçün ağır güzəştlərin də yerinə yetirilməsinə həvəsliyəm. İsrail lideri kimi sülh mənim öz xalqım qarşısında məsuliyyıtimdir. İndi bu mənim üçün ele də asan deyil. Bu asan deyil, çünki mən bilirəm ki, bizdən yəhudilərin dədə-baba torpaqlarının bir hissəsindən imtina tələb ediləcək.

ABŞ prezidenti Barak Obama bildirmişdi ki, İsrail və Fələstin arasında sülh əldə olunması üçün İsrail 1967-ci ildə, Yaxən Şəqr müharibəsindən əvvəlki sərhədlərinə qayıtmalıdır.

Benjamin Netanyahu isə çıxışında bir daha Fələstin qaçqınları İsrail torpaqlarına qaytarılması ilə razılaşmadıqlarını bildirib. O vurğulayıb ki, Yerusəlim İsrailin birgə paytaxtı kimi qalmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG