Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:54
KATORQA
(Bəxtiyar Hacıyevə ithaf olunur)

Gah nəsə uğuldayar... uğuldayar...
Gah nəsə şaqqıldayar... şaqqıldayar...
Gah nəsə səpələnər... səpələnər...
Gah da zərif buz parçası
Şüşə kimi cingildəyər...

Gah nəsə şappıldayar... şappıldayar...
Gah nəsə taqqıldayar... taqqıldayar...
Gah nəsə fışıldayar... fışıldayar...
Gah da eyhamlı sükutlar
Ayaqları buxovlayar...

Gah nəsə xırtıldayar... xırtıldayar...
Gah nəsə pırtıldayar... pırtıldayar...
Gah nəsə cırıldayar... cırıldayar...
Gah da dustaq ayaqqabıları
Tappıldayar... tappıldayar...

Gah nəsə vıyıldayar... vıyıldayar...
Gah nəsə xışıldayar... xışıldayar...
Gah nəsə qıfıllanar... qıfıllanar...
Gah da yağış damlaları
Yarpaqlardan asılar...


TƏKADAMLIQ HƏYAT

Səsini kəsərdisə də quşların hamısı
yarpaqlar səs salardı əvəzində
Cavab verərdimsə də mən sənə
duyardın yalan danışdığımı...

Həqiqi göz yaşları süzülərdisə də yanaqlarından
mütəəssir olmazdım əvəzində
Eşidilərdisə də hönkürtün otaqda
eşitməməzliyə vurardım özümü...

Qopub düşməyərdisə də siqaretimin külü
titrəyib çat verərdi əvəzində
Külqabıya sarı aparardımsa da siqaretimi
əvəzində şalvarıma düşərdi külü...

Şərhləri göstər

XS
SM
MD
LG