Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

Bakıda keçiriləcək «Eurovision»un vaxtı bilindi


"Eurovision 2011"-də Azərbaycan təmsil edən Ell və Nikki

"Eurovision 2011"-də Azərbaycan təmsil edən Ell və Nikki

Azərbaycanın ev sahibliyi edəcəyi «Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi tarixlər açıqlanıb.

Bakıda keçiriləcək 57-ci «Eurovision» müsabiqəsi mayın 22-si, 24-ü və 26-da keçiriləcək.

APA İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinə istinadla bu haqda yazıb.

Mayın 22-də müsabiqənin I yarımfinalı, 24-də II yarımfinalı keçiriləcək, mayın 26-da isə müsabiqənin final mərhələsi baş tutacaq.

Məlumatda o da bildirilib ki, hazırda müsabiqənin keçirilməsinə hazırlıq prosesi davam edir.

«EUROVİSİON»LA BAĞLI BÜTÜN YAZILARI OXU

2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı «Eurovision» mahnı müsabiqəsində Azərbaycan 25 ölkə arasında birinci olub. Azərbaycanı mahnı müsabiqəsində Ell & Nikki cütlüyü «Running scared» mahnısıyla təmsil ediblər.

Şərhləri göstər

XS
SM
MD
LG