Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:00

NATO Tripoliyə 20 hava zərbəsi endirib


NATO təyyarələri səhər saatlarında Liviya paytaxtı Tripoliyə hava zərbələri endiriblər.
Associated Pressin məlumatına görə, azı 20 hava zərbəsi endirilib.

Qaddafinin sözçüsü Musa İbrahim deyib ki, hava zərbələrindən 3 adam ölüb, 150 adam yaralanıb.

Hava zərbəsindən sonra Liviya lideri Qaddafinin iqamətgahı yaxınlığında yanğın müşahidə olunub.

NATO isə bildirir ki, hava zərbələrində hədəflərdən biri Qaddafinin iqamətgahı yaxınlığındakı maşın anbarı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG