Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:56

Prezident İlham Əliyev mayın 23-də «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» fərman imzalayıb.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyir ki, bu fərmanı antikorrupsiya və şəffaflığın təmin edilməsi tədbirləri kontekstində qiymətləndirmək lazımdır.

«APA»ya müsahibəsində F. Ələsgərov həmçinin qeyd edib ki, elektron xidmət məmurla vətəndaş arasında birbaşa təması minimuma endirir və korrupsiyaya şərait yaradan halları aradan qaldırır:
Fuad Ələsgərov

«Fərmanda nəzərdə tutulmuş tədbirlər korrupsiyaya qarşı mübarizə sahəsində sistemli islahatların tərkib hissəsidir. Elektron xidmətin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlərdən birinə çevriləcək».

F. Ələsgərov bildirib ki, fərmana əsasən, üç aya hər bir dövlət qurumunun internet səhifəsində xüsusi elektron xidmət fəaliyyət göstərəcək:

«İstənilən şəxs müvafiq qurumun internet səhifəsində həmin bölməyə daxil olaraq, müəyyən edilmiş formada doldurduğu ərizənin və tələb edilən sənədlərin skan edilmiş
Bunlara da nəzər salın
surətlərini elektron formada göndərəcək. Dövlət orqanları yalnız o halda sənədlərin əslini tələb edə bilər ki, həmin sənəd barədə elektron informasiya ehtiyatlarından, məlumat bazalarından informasiya ala bilməsinlər».

F. Ələsgərov yaxınlarda elektron imzanın tətbiqindən də danışıb:

«Bu istiqamətdə işlər artıq yekunlaşmaq üzrədir. Bu fərmanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə elektron imzanın kütləvi tətbiqi üçün tapşırıqlar nəzərdə tutulub. Lakin buna qədər dövlət orqanlarının göstərdiyi elektron xidmətlər zamanı sənədlərin elektron imza ilə göndərilməsi tələb edilməyəcək».

Şərhləri göstər

XS
SM
MD
LG