Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:50

Yəməndə hakimiyyətlə müxalifət arasında son 4 ayda ən qanlı döyüşlər olub


Yəmən prezidenti Saleh istefaya getməkdən imtina edəndən sonra paytaxtda müxalifətlə hakimiyyət arasında son 4 ayda ən qanlı döyüşlər olub. Döyüşlərdə tanklardan, toplardan, adi silahlardan istifadə olunub.

Döyüşlər dünən başlanıb, gecə isə davam edib.
Döyüşlərdə 40 adam ölüb.

Yəmən müxalifəti fevraldan bəri 32 ildir ki, prezident olan Salehin istefasını tələb edir.
Ərəb ölkələrinin hazırladığı və Amerikanın dəstəklədiyi istefa planını bazar günü son anda Saleh imzalamaqdan imtina etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG