Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:34

Qazaxıstandakı partlayışda iki nəfər ölüb


Qazaxıstanda təhlükəsizlik orqanının təcridxanası yaxınlığında baş verən partlayışda iki nəfər ölüb. Qazaxıstan Daxili İşlər Nazirliyindən deyirlər ki, bu gün paytaxt Astanada səhər erkən baş verən partlayışın terrorçuluqla heç bir əlaqəsi yoxdur. Nazirlik hesab edir ki, partlayışa səbəb avtomobildə partlayıcı qurğunun avtomatik işə düşməsi olub. Maşında olan iki nəfər həlak olub. Hərçənd, bunu təyin etmək çətinlik yaradıb, amma polis deyir ki, onlar iki sənəd tapıblar. Onların Qazaxıstanın Ekibastuz şəhərinin sakinləri, o cümlədən, birinin 48, o birinin 26 yaşında olduğu güman edilir.

Bu, artıq təhlükəsizlik orqanının təcridxanası yaxınlığında baş verən ikinci partlayışdır. Belə hadisələrə Qazaxıstanda nadir halda rast gəlinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG