Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:26

«Akademiya şəhərciyi»ndəki bəzi qurumlar ərazidən çıxarılacaq


Milli Elmlər Akademiyası

Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ərazisi olan «Akademiya şəhərciyi»ndən qeyri-akademik qurumlar çıxarılacaq.

Bunu AMEA prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, «Akademiya şəhərciyində» bir neçə kənar təşkilat yerləşib. Bunlar Dövlət Reyestri Xidməti, MTN-in Strateji Araşdırmalar Mərkəzi, Moskva Dövlət Universitetinin (MDU) Bakı filialıdır:

«Ölkə prezidentinin göstərişinə əsasən, onlar bu şəhərcikdən çıxmalıdırlar. Artıq bu işə başlanılıb. Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Əmlak Komitəsi ilə birlikdə müəyyən təkliflər hazırlayırıq».

M. Kərimov deyib ki, MDU-nun filialının köçürülməsini o qədər məqsədəmüvafiq hesab etmir:

«Bu universitet bilavasitə elmlə əlaqəsi olan təhsil müəssisədir. MDU-nun yetirmələrinin sonda AMEA-da çalışmasını istəyirik».

M. Kərimov bildirib ki, hazırda AMEA-nın əlavə binalara ehtiyacı var, boşalan binalar Akademiyanın balansına keçəcək:

«Bu gün yer baxımdan akademiyanın bir çox institutlarında vəziyyət gərgindir. Akademiyada elm muzeyin yaradılmasına ehtiyac var. İndiyədək Akademiyanın arxeologiya fondu yoxdur. Arxeoloqların arxeoloji qazıntılar zamanı tapdığı minlərlə əşya çox yararsız vəziyyətdə saxlanılır». /APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG