Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:48

Əhmədnejadın neftayırma zavoduna səfəri zamanı partlayış olub


Mayın 24-də İran prezidenti Mahmud Əhmədinejad neftayırma zavodunda olan zaman partlayış baş verib. Partylayışa texniki problemin səbəb olduğu iddia ediıir. Prezident Abadan şəhərində yerləşən zavodda benzin istehsalı ilə bağlı layihənin açılışında iştirak edirdi.

Fars xəbər agentliyi bildirir ki, altı adam yaralanıb, amma Əhmədinejad hər hansı zədə almayıb. Dövlət televiziyasının süjetində onun sap-sağlam olduğu görünüb, prezident təntənəli mərasimdə nitq də söyləyib.

Məlumatlara görə, zavoddan alov qalxdığı müşahidə edilib, amma yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala biliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG