Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:38

Səttar Səfərov vəfat edib


Azərbaycan Milli Məclisinin (MM) keçmiş deputatı Səttar Səfərov vəfat edib.

S. Səfərov 1937-ci il iyulun 18-də Ermənistanın Vedi rayonunun Şirazi kəndində anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb.

1985-ci ildən iqtisad elmləri doktoru, 1986-cı ildən isə professordur.

8 kitabın və 170 elmi məqalənin müəllifidir. 1995 və 2000-ci ildə Azərbaycan Milli Məclisinin deputatı olub. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasına sədrlik edib.

Evli idi, 2 övladı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG