Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:54

İslandiya vulkanı Obamanın İrlandiyada səfərini yarımçıq qoydu


ABŞ prezidenti Barak Obama və xanımı Michelle vaxtından əvvəl Londona gəliblər. Onlar İslandiyada püskürən vulkanın yarada biləcəyi maneələrdən ehtiyatlanıblar.

ABŞ prezidenti Britaniyaya bu gün, mayın 24-də gəlməli idi. Amma proqnozlara görə vulkanın püskürməsi nəticəsində kül Britaniya hava məkanına daxil ola bilər ki, bu da təyyarə uçuşlarına maneə yarada bilərdi.

Mayın 23-dən Barak Obama Avropa turnesinə başlayıb. O, əvvəlcə İrlandiyaya gəlib. Britaniyada iki gün kral sarayında qalacaq, sonra isə Fransaya uçub Böyük Səkkizliyin sammitində iştirak edəcək. Onun səfəri Polşada başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG