Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:34

Yəməndə müxalifətə keçən tayfalarla təhlükəsizlik qüvvələri toqquşub


Yəmənin paytaxtı Sanaa şəhərində təhlükəslzik qüvvələri və ölkənin ən güclü tayfalarından Hashidilər arasında ağır toqquşma olub. Toqquşmada avtomat səsləri və qumbara partlayışları eşidilib. Biz neçə nəfər xəsarət alıb.

Hasid tayfası 33 ildir ölkəyə rəhbərlik edən Ali Abdullah Salehin istefasını tələb edən müxalifətə qoşulub. Baxmayaraq ki, Saleh özü də bu tayfaya aiddir.

Toqquşmalar Salehin Körfəz Əməkdaşlıq Şurasının vasitəçiliyi ilə hazırlanan hakişiyyətin təhvili ilə bağlı sənədi imzalanmaqdan imtina etməsindən sonra başlanıb.

Sənədə görə, Saleh istefa verib, hakimiyyəti iqtidarla-müxalifətin birgə yaradacağı keçid hökumətinə təhvil verməliydi.

ÖLkədə istefa tələbiylə etirazlar başlanandan azı 170 nəfər həlak olub. AB və ABŞ Saleh rejimini zorakılığa görə pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG