Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:05

Neft Fondundan büdcəyə transferlər davam edir


Vahid Əhmədov
Mayın 23-də Milli Məclisin İqtisadi siyasət komitəsi «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqda» qanuna əlavə və dəyişiklər edilməsini təsdiqləyib. Qanun layihəsi mayın 27-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

«NEFT FONDUNDAN TRANSFERLƏRİN ƏLEYHİNƏYİK»

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, əlavə vəsaitlərin 2.5 milyard manatı investisiya xərcləri, əsaslı vəsait qoyuluşuna, 698 milyon manatı sair xərclər (əmək haqları və pensiya), 300 milyon manatı isə büdcə kəsirləri üçün nəzərdə tutulub. Büdcə kəsiri 687 milyon manatdır:

«Əlavə vəsaitin 60-70 faizinin Dövlət Neft Fondundan transfer olunması nəzərdə tutulur. Əlbəttə, biz həmişə Neft Fondundan transferlərin əleyhinə olmuşuq. Neft Fondundan transferlər nə qədər az olsa, bir o qədər yaxşı olar. Komitənin iclasında bu məsələyə toxunduq. Bildirdik ki, vergi orqanlarının borcu varsa, hökumət bu borcların ödənməsi istiqamətində ciddi addımlar atmalıdır. Neft Fondunun vəsaiti isə gələcək nəsil üçün saxlanılmalıdır».

ZƏRURİ XƏRCLƏR ÜÇÜN EDİLƏN TRANSFER

Amma Vahid Əhmədov qeyd etdi ki, Neft Fondundan ayrılan vəsait bu dəfə zəruri sahələrə yönəldiləcəyindən komitə transferə razılıq verib. Həmin vəsait əsasən əmək haqları, məktəb və xəstəxanaların tikintisi, Bakının rayon və kəndlərinin su, qaz təminatı, yolların təmiri üçün nəzərdə
Qubad İbadoğlu

tutulub.

70 FAİZİ NEFT SEKTORUNDAN ASILI BÜDCƏ

İqtisadçı ekspert Qubad İbadoğlu isə hesab edir ki, bu transferlər dövlət büdcəsinin Neft Fondundan asılılığını daha da artırır:

«Azərbaycan Dövlət büdcəsinin 70 faizindən - 11 milyard manatdan çoxu məhz neft sektorundan daxilolmalar hesabına formalaşır. Təbii ki, bu, fiskal dayanaqlıq üçün riskdir. Dövlət büdcəsinin formalaşmasında elə siyasət yeridilməlidir ki, heç olmasa, Vergilər Nazirliyi və Gömrük Komitəsindən daxilolmalar hesabına büdcənin cari xərcləri ödənilə bilsin. Cari xərclər bu il üçün 7 milyard 716 milyon 500 manatdır. Amma gömrükdən və vergilərdən daxilolmalar 6 milyard 310 milyon manat planlaşdırılır».

Qubad İbadoğlu deyir ki, büdcə vəsaitlərinin daha çox infrastruktur layihələrinin icrasına yönəldilməsi də narahatlıq yaradır. Ekspert hesab edir ki, büdcə vəsaitlərinin korrupsiya yeminə çevrilmək ehtimalı çox böyükdür. Çünki büdcə vəsaitlərinin effektli, səmərəli, şəffaf həyata keçirilməsi üçün müvafiq institutlar yoxdur.
ARAYIŞ

2011-ci il dövlət büdcəsinin gəlirləri 3 milyard 493 milyon artırılaraq 15 milyard 554 milyon manata çatdırılacaq ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29% çoxdur. Artımın 770 mln. manatı vergi və gömrük daxilolmaları, 2.7 mlrd. manatı isə Dövlət Neft Fondundan transfer hesabına təmin ediləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG