Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:57

Bashar-Al-Asadin Avropadakı hesabları dondurulacaq


Bu gün Brüsseldə görüşən Avropa Birliyinin Xarici işlər nazirləri Suriya prezidenti Bashar-Al-Asadə qarşı sanksiyalar tətbiq etməyə razılaşıblar. Diplomatlar bildiriblər ki, bir neçə Suriyalı məmurla yanaşı Bashar-Al-Asadin də adını Avropa Birliyi ölkələrinə gəlməyə qadağa qoyulmuş məmurların siyahısına salıblar. Onun bu ölkələrdəki bank hesabları da dondurulacaq. Beynəlxalq birliklər Suriyanı iki aydır hakimiyyətə etiraz edənlərə qarşı zorakı davranış göstərməkdə tənqid edir.

Nazirlər həmçinin İrana qarşı sanksiyaları da genişləndirməyə razılaşıblar. Dünya gücləri ilə Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlarda getdikcə anlaşmanın azalması müşahidə olunur.

Yaxın Şərqdəki sülh proseslərini şərh edən AB-nin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton deyib ki, onlar Barak Obamanın İsrail və Fələstin arasında problemin həlli yolu ilə bağlı çağırışlarını dəstəkləyirlər. Obama İsraili 1967-ci ildəki sərhədlərinə qayıtmağa çağırıb.

Nazirlər iki günlük görüşdə Liviyadakı hadisələri, o cümlədən Tunis və Misirdəki yeni demokratiya meyllərini də müzakirə edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG