Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:00

Tbilisidə müxalifətin yürüşü gözlənir


Bir neçə yüz müxalifətçi bu gün Tbilisidə prezident Mixail Saakaşvilinin istefası tələbi ilə yürüş keçirmək üçün toplaşır. Müxalifət Saakaşvilini ölkədə avtoritar rejim qurmaqda ittiham olunur.

Ötən şənbə günü 10 mindən yuxarı etirazçı Tbilisidə yürüş keçirib. Bazar günü polis əməkdaşları polis maşınlarına hücum edən etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bu hadisədən sonra 2 mindən çox adam mayın 22-də etiraz aksiyası keçirib. 300-ə qədər fəal isə gecəni dövlət televiziyasının qarşısında keçirib.

Bir neçə müxalifət partiyası küçə etirazlarını dəstəkləməyə çağırıb, amma digər müxalif partiyalar bu təklifdən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG