Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

AB Bashar-Al-Asadın hesablarını dondura bilər


Avropa Birliyinin Xarici işlər nazirləri Brüsseldə bu gün görüşürlər. Onlar Suriyaya sanksiyalar tətbiq edilməsi ilə bağlı müzakirələr aparacaqlar. Beynəlxalq birliklər Suriyanı iki aydır hakimiyyətə etiraz edənlərə qarşı zorakı davranış göstərməkdə tənqid edir.

Diplomatlar deyirlər ki, 27 üzv ölkənin xarici işlər nazirinin birinci olaraq Suriya prezidenti Bashar-Al-Asadın adını da viza qadağası və hesab dondurulması ilə üzləşmiş suriyalı məmurların siyahısına əlavə etməyi gözlənir.

Dünya gücləri ilə Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlarda anlaşmanın getdikcə azalması fonunda gözlənir ki, nazirlər həmçinin İrana qarşı sanksiyaları "əhəmiyyətli dərəcədə genişləndirilməsinə" razılaşsınlar.

Nazirlər iki günlük görüşdə Liviyadakı hadisələri, o cümlədən Tunis və Misirdəki yeni demokratiya meyllərini də müzakirə edə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG