Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:08

Barak Obama Avropa turnesinə çıxıb



Avropa turnesinə çıxan ABŞ prezidenti Barak Obama səfərinə İrlandiyadan başlayıb. Onun ulu babasının doğulduğu kiçik Moneygall kəndini də ziyarət edəcəyi gözlənir. Barak Obamanın atası Keniyalı, anası isə İrlandiya-Amerikalı olub.

Mayın 24-də Obama və xanımı Michelle Böyük Britaniyaya gedəcək. Onlar burda kraliça Elizabethin qonağı olacaqlar.

Sonra Obamanın Fransada Səkkizlərin sammitinə qatılacağı nəzərdə tutulub. O, səfərinə Polşada son qoyacaq. Burda Barak Obamanın Şərqi Avropa liderləri ilə görüşəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG