Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:05

Yəmən prezidenti istefaya getməkdən imtina edib


Yəmən prezidenti Ali Abdullah Saleh istefaya getməsi ilə bağlı sənədi imzalamaqdan yenidən imtina edib. Saleh bazar günü sənədin imzalanmasına lap az qalmış bundan imtina edib. Əgər o, 30 gün ərzində istefaya getməyə razılaşsa, toxunulmazlığını saxlamış olacaqdı.

Yəmənin dövlət televiziyası məlumat verib ki, Ali Abdullah Saleh yalnız müxalifətin iştirakı ilə sənədi imzalayardı.

Artıq üçüncü dəfədir ki, Saleh istefa verməsi ilə nəticələnəcək sənədi imzalamaqdan imtina edib. Yəməndə üsyanlar zamanı 170-dən çox adam öldürülüb.

Ali Abdullah Saleh 32 ildir ki, hakimiyyətdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG