Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:47

Ayrıca bir ölkədə korrupsiyanın kökünü kəsən insan


Rusiya baş naziri ilə görüşən 87 yaşlı Li Kuan Yu
Rusiya baş naziri ilə görüşən 87 yaşlı Li Kuan Yu
«Sinqapur möcüzəsi»nin yaradıcısı və zəmanənin parlaq siyasətçilərindən, 87 yaşlı Li Kuan Yu nazir- mentor vəzifəsindən istefa verdi.

Sinqapuru 30 il baş nazir, 7 il isə hökumətin məsləhətçisi kimi idarə edən Li Kuan Yu «gənclərə yol vermək» üçün getdiyini söylədi. Bu illər ərzində o Sinqapuru təbii ehtiyatları olmayan, kasıb balıqçı kəndindən çiçəklənin dövlətə çevirdi. Elə bir dövlətə ki, orda demək olar ki, korrupsiya yoxdur, əhalisi isə dünyanın ən varlı və savadlılarından hesab olunur.

Son illərdə Li Kuan Yu Rusiyaya tez-tez gəlib. Keçən əsrin 50-ci illərində Li Kuan Yun ingilis dilini öz ölkəsində əsas dil etmək yönündə səylərə başladı. Bununla da Sinqapur böyük sıçrayış etdi. İndi sinqapurluların çoxu öz aralarında ingilis dilində danışır.

İndisə Li Kuan Yu daha çox çin dilini öyrənməyin vacibliyindən danışır və onu fəal şəkildə yerli məktəblərdə tədris etdirir. Ahıl yaşlı Li Kuan Yu dünyada baş verən hər bir şeyin haqqında xırdalıqlara qədər informasiyalıdır. Əla yumor hissi ilə auditoriyanı bir andaca özünə tərəf yönəltməyi bacarır.

Onun Moskvaya səfəri zamanı Skolkovodakı tələbələrlə görüşündən bəzi məqamları «Forbes» jurnalı dərc edib:

- Mən yaxşı hüquqşünas olmaq istəyirdim. Britaniyalıların idarə etdiyi, bütün hakim və prokurorların britaniyalı olduğu ölkədə mən də britaniyalı olmalı, Britaniya ingiliscəsini öyrənməliydim. Mən universitetlərdə və ən yaxşı hüquq məktəblərində oxumuşam. Vətənə qayıdanda mən Britaniya hüquq məktəbində işə düzəldim. Bir müddət keçəndən sonra həmkarlar təşkilatları ilə işlədim, sonra mənim rəisimin uduzduğu seçkilərdə qalib gəldim. O mənə dedi ki, yaxşı olardı ki, sən gedəsən. Və mən kiçik tərəfdaşdan işsizə çevrildim. Bundan sonra mən yaxın dostlarımla öz firmamı açdım. İşləri daha yaxşı araşdıraraq, yeni texnologiyalar öyrəndim. Öz işinizi maraqlı təqdim etməlisiniz, onda insanlar sizə qulaq asacaqlar. Daha sonra mən siyasətlə məşğul oldum.


KORRUPSİYA İLƏ MÜBARİZƏNİN SİRRİ

- Siz korrupsiya isə uğurlu mübarizlərdənsiniz. Bu nə dərəcədə yerinə yetirilməli məsələdir?

- Biz qeyri-adi dövlətik. Bu dövlət biz hakimiyyətə gəlməmişdən qabaq kifayət qədər korrupsiyalaşmış idi. Buna qədər bizi britaniyalılar idarə edirdilər. Onlar yerli nazirlərlə hakimiyyəti bölüşürdülər və keçid dövründə onlara daha böyük səlahiyyətlər verdilər. Belə hakimiyyət ötürücülüyü zaman- zaman rüşvətlə müşayiət olundu - hədiyyələr, pullar və s. Biz hakimiyyətə gələndə buna son qoymağa qərar verdik. Başqa cür məhv olardıq. Bizim qonşularımızın böyük sərvətləri var – neft, qaz, meşə. Onların çayları və hidroelektrik stansiyaları var. Biz isə balaca adayıq. Necə xilas olmalı? Biz başqa prinsiplərlə yaşamalı idik: sən rüşvətxorsan, mən yox, sizin iqtisadiyyatınız az effektlidir, bizdə tərsinə. Sizdə yaşamaq təhlükəlidir, bizdə təhlükəsizdir. Qadın gecə saat 3-də gəzintiyə çıxa bilər, onun heç bir qorxusu yoxdur. Biz buna necə nail olduq. Hər şeydən əvvəl insanlara başa saldıq ki, biz öz yolumuzla getməliyik, yoxsa məhv olarıq.

Bizdə nə neft, nə qaz var, amma bizdə bütün regionda ən böyük neftayırma və neft-kimya kompleksi var. Bütün nəhəng şirkətlər bizdə işləyir. Niyə? Stabillik, investisiyaların qorunma qabiliyyəti, effektlilik və etibarlılıq hesabına. Mən misal gətirəcəm. 1973-cü ildə ərəb ölkələri ABŞ-ın İsraili dəstəkləməsinə etiraz edərək neft embarqosu qoydu. Bu ölkələr bir ağızdan bildirdilər ki, neft anbarlarında olan başqalarına məxsus neft əslində onlarınkıdır və onu satmaq olmaz. Mən qərara gəldim ki, əgər biz çiçəklənmək istəyiriksə, bu konfliktə qarışmaq olmaz. Mən neftçilərə zəng etdim: əgər siz işləri əvvəlki qaydada aparmaq istəyirsinizsə və əgər hesab edirsinizsə ki, ziyan hamı arasında bölünməlidir, onda hamı ancaq əvvəllər olduğu kimi aldığı hissəni alacaq və biz bu mövqeni bölüşməyə hazırıq. Onlar bunu unutmadılar.

«ONLAR ƏMİNDİRLƏR Kİ...»

Bu gün resessiya vaxtı, Sinqapurda «ExxonMobil»-in sərmayəsi 12 milyard dollardır. «ExxonMobil»i almamışdan əvvəl isə bu məbləğ 6 milyard idi. Onlar indi əlavə 4,5 milyard sərmayə qoymaq istəyirlər, beləliklə ümumi sərmayə 16,5 milyard dollar olacaq.

Bu niyə baş verir. Onlar əmindirlər ki, biz öhdəliyimizdən çəkilən deyilik. Qərb şirkətləri ilə aralarında baş verənlərdən sonra buna nail olmaq üçün Rusiyaya çox vaxt lazım olacaq. Mən kimim haqlı, kimin haqsız olduğunu müzakirə eləmək istəmirəm. Mən deyirəm ki, saziş bağlamazdan əvvəl çox diqqətlə nəzərdən keçiririk. Biz ona ya qol çəkirik, ya da yox. Amma qol çəkiriksə, necə olmasından asılı olmayaraq, yerinə yetirməyə məcburuq. İnam lazımdır.

«MƏN HEÇ VAXT ÜZÜNDƏN OXUMURAM»

- İnsanları de Qoll kimi öz arxanızca aparmağınızın sirri nədədir?

- Mən heç vaxt üzündən oxumuram. Həmişə məni dinləyənin üzünə baxıram. Hazırlanmış mətndə, qəzetdə hər şey strukturlaşıb. Ən əsası odur ki, auditoriyanın sizə olan diqqəti azalmasın, ona görə də çıxış edərkən mən hazırlanmış mətn haqqında unudub dinləyiciyə baxıram. Əgər görsəm ki, onlar hansısa fikri tuta bilmədilər, mən onu başqa formada təkrar edirəm. Lenin və başqa böyük natiqlər də böyük ehtimalla belə edirdilər. Mən böyük natiq deyiləm, amma öyrənirəm. Əgər siz siyasətlə məşğul olursunuzsa, telesuflyor dediklərinizə insanları inandırmaqda sizə kömək edə bilməz. Çıxış zamanı dinləyicinin üzünə baxın, görsəniz ki, o fikir ardıcıllığını itirib, fikrinizi təkrar edin. Mən həmişə belə edirəm.

De Qoll başqa cür edirdi. Onun çıxışları diqqətlə yoxlanılıb düzəlirdi. Mən fransızca danışmıram, amma onun memuarlarını oxumuşam və onun çıxışlarında olmuşam. O böyük natiq idi. Onun bütün çıxışını əvvəldən axıra yadda saxlamaq mümkündür. O əvvəldən ritmi, intonasiyanı məşq edirdi, xüsusi sözləri vurğulayırdı.

«30 İLDİR MƏN BUNU EDİRƏM»

1952-ci ildə mən təzə işə başlayanda bir neçə dildə danışmağa məcbur idim. Böyük Britaniyadan gələndən sonra mən həmkarlar ittifaqı üçün pulsuz işləyirdim:

Mən ona görə kömək edirdim ki, onların bazasında yeni partiyanın ideyalarını hazırlayırdım. Mən sadə xalqın dilində danışmağı öyrəndim – malay və sadələşdirilmiş ingilis dilində, BBC-də danışılan ingiliscədə yox. Sonra mən çin dilindən istifadə edən həmkarlar təşkilatında çalışdım. Mən eyni vaxtda 3-4 dildə danışmalı olurdum. Bu insanı əldən salır.

Təhsil sahəsində mənim siyasətim o idi ki, insanlar ingilis dilini əsas dilləri kimi qəbul etsinlər. Başqa nə cür gündəlik qazanc əldə etmək olardı? 1950-ci illərdə beynəlxalq şirkətlərlə necə əlaqə yaratmaq mümkün idi? Hamı ingilis dilini bilməlidir, onların ana dili isə ikinci dil olmalıdır. Çin dili ikinci dil kimi yaxşıdır.

Mənim taktikam həmişə bu olub - gələcək uğurlarımı vaxtında hesablamaq və vəd etdiyimdən daha çox şeyə nail olmaq. Beləliklə, mən insanların inamını qazanmağa cəhd etmişəm. Və bunu 30 ildir edirəm.

«Forbes» jurnalından tərcümə edən Şahnaz Bəylərqızı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG