Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:28

İspaniyada kütləvi etiraz nümayişləri keçirilir


İspaniyada yerli və regional seçkilərə baxmayaraq etiraz nümayişləri davam edir.

Ölkənin müxtəlif şəhərlərində nümayişə çıxmış 10 minlərlə adam artıq 1 həftədir ki, işsizliyin səviyyəsinin aşağı salınmasını tələb edir.

Birinci rübün nəticələri ölkədə işsizliyin səviyyəsinin 21 fazdən çox olacağını göstərir.

Nümayişçilər seçiciləri ölkədə iki əsas partiya hesab olunan Sosialist və Xalq partiyalarına yox deməyə çağırıblar.

Ekzitpolun nəticələrinə görə, sosialistlər çox güman ki, uduzacaq.

Bu baş nazir Jose Luis Rodriguez Zapateronun vəziyyətini çətinləşdirə bilər.
Səsvermə bu gün axşam sona yetir.

Günün bütün mövzuları

XS
SM
MD
LG