Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

Avropa Birliyi Benqazidə nümayəndəliyini açıb


Liviyada üsyançıların əlində olan Benqazi şəhərində Avropa Birliyinin nümayəndəliyi açılıb.

Açılış mərasimində Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Kətrin Eşton (Katherine Ashton) iştirak edib.

O səfər zamanı üsyançıların yaratdıqları ötəri milli şuranın rəhbəri Mustafa Abdul Calillə görüşüb.

Danışıqlar zamanı hümanitar layihələr, iqtisadi və təhlükəsizlik sahəsindəki problemlər müzakirə olunub.

Bu ilin fevralından Liviyada üsyançılarla Gaddafi rejimi arasında silahlı toqquşmalar gedir.

Avropa Birliyi martdan Gaddafi rejimiylə bütün əlaqələri kəsib.

Günün bütün mövzuları

XS
SM
MD
LG