Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:00
Maşın vurması nəticəsində bədənin aşağı hissəsi iflic olan amerikalı Rob Sammers onurğa beyininin elektrostimulyasiyası nəticəsində yenidən ayaq üstə dayanmaq imkanı əldə edib.

Cərrahlar onun ayaq barmaqlarını tərpətmə, ombasını hərəkət etdirmə, dizlərini və topuq nahiyəsindəki oynaqları qatlama qabliyyətini özünə qaytarıblar.

Kənar köməkdən istifadə etməklə o hətta qaçış zolağı üzərinə yeriyə də bilir.

Həkimlərin bu nailiyyətini ağılasığmaz adlandıran Sammer, yenidən ayaq üstə dayanmağı «heyraedici hiss» adlandırıb.

Ancaq mütəxəssislər iddia edirlər ki, bu nəticəni tam sağalma kimi qəbul etmək olmaz.

Rob Sammersi maşın vurub. Sürücü qəza yerindən qaçıb gizlənib, Rob isə onurğasından ciddi xəsarət alıb.

Onun baş beyinindən gələn siqnalların, onurğa beyinindən keçərək bədənin aşağı hissəsinə ötürülməsinin qarşısı kəsilib. Və Sammersin bədənini yarısı iflc vəziyyətinə düşüb.

Cərrahlar onun onurğasına 16 elektrod batırıblar. Onların köməyi ilə onurğa beyini siqnalları qəbul edib.

Cəmi bir neçə gündən sonra Rob artıq başqalarının köməyi olmadan ayaq üstə dayana bilib.

Kaliforniya Universitetinin professoru Reqqi Ecerton: «Bizlərdən kimsə buna inanmırdı. Mən sadəcə qorxurdum buna inanmağa».


Rob orqanizminin ehtiyaclarının sərbəst şəkildə ödənilməsini də öyrənib. Halbuki, əvvəl bu kimi məsələlərə nəzarət edə bilmirdi..

Sammersin özü deyir ki, bütün bunlar çox böyük əmək və saysız hesabsız saatlarla məşq başasına başa gəlib. Amma nəticə onun həyatını dəyişib:

«4 il müddətyində hətta barmağını belə tərpədə bilməyən adam üçün sərbəst ayaq üstə dayanmaq sarsıdıcıı bir duyğudur».

«HAZIRLIQ MƏRHƏLƏSİ»

Aparılan təhqiqat göstərib ki, onurğa beyininin elektrostimulyasiyası konkret olaraq bu halda nəticə verir.

Hazırda bu əməliyyat üçün daha 4 pasient növbə gözləyir.

Professor Cefri Raysman deyir ki, bu maraqlı hadisədir. Və onun üzərində mütəxəsislərin aparıcı komandalarından biri çalışıb. Amma bir pasiyent üzərində əldə edilən nailiyyət bu prosedurun gələcəkdə nə dərəcədə effektli olcağını demək üçün əsas deyil.

Tədqiqatın müəlliflərindən olan Syuzan Xarkem isə deyir ki, bu müalicə üsulu hələ özünün hazırlıq mərhələsindədir.

«Amma hər gün biz onun barəsində daha çox şey biləcəyik»- deyə Syuzan əlavə edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG