Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:03

Yəmən prezidenti istefaya hazır olduğunu deyir


Birləşmiş Ştatlar Yəmən prezidenti Ali Abdullah Salehi hakimiyyətin ötürülməsilə bağlı əldə olunmuş razılşama əsasında istefa verməyə çağırıb.

Plan Fars körfəzi ölkələri şurasının vasitəçiliyilə hazırlanıb.

32 ildir ki, hakimiyyətdə olan Ali Abdullah Saleh şənbə günü razılaşmanı imzalamağa hazır olduğunu bəyan edib.

Amma o eyni zamanda sənədi “cevrilişə cəhd” adlandırıb və ABŞ-la Avropa Birliyinə xəbərdarlıq edib ki, onun istefasından sonra ölkəyə nəzarət əl Qaidənin əlinə keçəcək.

Saleh bundan əvvəl sənədi imzalamaqdan iki dəfə imtina etmişdi.

Məlumatlara görə, sənədin son versiyasında, 30 gün ərzində istefa verəcəyi halda prezidentin təhlükəsinə tam təminat verilməsi nəzərdə tutulur.

Son 3 ay ərzində Yəməndə keçirilən etiraz aksiyaları zamanı baş vermiş toqquşmalarda 150-dən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG